Siyasət

Ermənilər sülhməramlıları atəşə tutdu: ölən var

14 İyun 2022 07:51
1 Şərh     Baxış: 2 500

İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.

Milli.Az cəbhə.info-ya istinadən xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlıların komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs edilib.

Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin "Lragir.am" saytının yazdığına görə, Laçın keçidindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi:

"Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.