Siyasət

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin iclası Şamaxıda keçiriləcək

20 May 2022 12:13
0 Şərh     Baxış: 764

Türk Dövlətləri Təşkilatının (TDT) turizm nazirlərinin 7-ci iclası 24 may 2022-ci il tarixində Azərbaycanın Şamaxı şəhərində keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin ev sahibliyi və TDT-nin Baş katibi Bağdad Amreyevin moderatorluğu ilə keçirilən nazirlərin iclasında TDT-yə üzv və müşahidəçi dövlətlərin turizm üzrə məsul nazirlərinin, habelə yüksək vəzifəli dövlət rəsmiləri, turizm sahəsində məsul ekspertlər və Azərbaycandakı diplomatik nümayəndəliklər iştirak edəcək.

"İclasda təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında uçuş sayının artırılması, İpək Yolu Turizminin potensialının üzə çıxarılması - bilik və təcrübə mübadiləsi, "Müasir İpək Yolu Birgə Turu"nun və "Türk Dünyası Turizm Paytaxtı" layihələrinin həyata keçirilməsi, Qış və Qolf turizmi sahəsində əməkdaşlıq, səyahət imkanlarının araşdırılması, Səyahət Agentlikləri Assosiasiyaları ilə Üzv və Müşahidəçi Dövlətlərin digər qurumları arasında əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.

Tərəflər, həmçinin, "Türk Dünyası Turizm Paytaxtı Əsasnaməsi"ni və "Türk Dövlətləri Təşkilatının Turizm Yol Xəritəsi"ni də nəzərdən keçirərək təsdiq edəcəklər", - deyə məlumatda bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.