Siyasət

TRACECA dəhlizinin inkişafı azərbaycanlı daşıyıcılar üçün çox vacibdir

20 May 2022 11:30
Baxış: 342

TRACECA nəqliyyat dəhlizinin inkişafı həm azərbaycanlı daşıyıcılar, həm də Azərbaycanın tranzit potensialının inkişafı üçün çox vacibdir.

Bunu Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) baş katibinin müavini Kənan Qurbanov deyib.

Onun sözlərinə görə, ABADA Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edir, hesabatlar, beynəlxalq avtomobil daşımaları barədə milli qanunvericiliyin təkmilləşdirilməsi üçün tövsiyələr verir, eləcə də bu sahədə beynəlxalq təcrübəni öyrənir.

"Ötən il assosiasiyamız və Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq memorandumu imzalayıb. Memoranduma əsasən, biz beynəlxalq avtomobil daşımalarında tətbiq olunan "İcazə blankları"nın, eləcə də beynəlxalq nəqliyyat forumunun illik çoxtərəfli icazələrinin bölüşdürülməsi ilə məşğul oluruq. Bu missiya assosiasiyamızın nəzdində yaradılan komissiyaya tapşırılıb", - deyə o bildirib.

K.Qurbanov qeyd edib ki, hazırda ABADA nəqliyyat sahəsinin rəqəmsallaşdırılması üçün müxtəli platformalarda Azərbaycanın səlahiyyətli orqanları ilə işləyir.

Onun sözlərinə görə, vahid elektron tranzit icazə sisteminin yaradılacağı təqdirdə bu, Azərbaycanın qonşu ölkələrlə nəqliyyat əlaqəsinin inkişafı üçün vacib vasitəyə çevrilə bilər.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics