Qadın hüquqlarının müdafiəsi üçün Azərbaycan dövləti tərəfindən bütün addımlar atılır - Sevil Mikayılova - FOTO
Qadın hüquqlarının müdafiəsi və ümumilikdə cəmiyyətdə gender bərabərliklərinin təsbit olunması üçün Azərbaycan dövləti tərəfindən bütün addımlar atılıb və onlar qanunverici orqan tərəfindən təsdiqlənib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Bakıda keçirilən Azərbaycanda Qadın, sülh və təhlükəsizlik üzrə Birinci Milli Forumda çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, Azərbaycanda bu sahədə müvafiq qanunvericilik bazası formalaşdırılıb və ildən ilə təkmilləşdirilir.
"Demək olar ki, hər il müxtəlif qanunvericilik aktlarına dəyişikliklər edirik. Hazırda aktual olan çağırışlara uyğun olaraq, ümumilikdə, həm Azərbaycan, həm də dünyada gedən proseslərin fonunda yarana biləcək müxtəlif təhdidlərin qarşısının alınması üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının qəbul olunmasına çalışırıq. Qadınların müxtəlif sahələrdə aktiv iştirakı, eləcə də idarəçilikdə təmsil olunması üçün qanunvericilik baxımından heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq biz burada fəallığın artırılması və qadınların bu məsələlərdə iştirakının təşviq olunmasından söz açmalıyıq".
S.Mikayılova vurğulayıb ki, Azərbaycanda qadınların çox böyük potensialı var: "Mən bir millət vəkili olaraq seçicilərimlə görüşürəm və şahidi oluram ki, qadınların işləmək, ictimai işlərdə iştirak etmək istəyi yüksəkdir və biz onların iştirakçılığını artırmalıyıq.
Azərbaycanda qadınların karyera inkişafı üçün hər hansı bir maneənin olduğunu deyə bilmərik. Azərbaycanda qadınlar daha çox ailəyə yönəlik olurlar. Ali təhsili bitirdikdən sonra qadınlar daha çox ailəyə meyilləndikəri üçün karyera məsələsi arxada qalır və onlar öz potensialından lazımi qədər istifadə edə bilmirlər. Bu isə gender balansını pozur", - deyə S.Mikayılova əlavə edib.
Deputat əlavə edib ki, Azərbaycanda 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərdən sonra tamamilə fərqli bir reallıq formalaşıb ki, burada qadınların rolunun artırılmasına həqiqətən ehtiyac var.
Millət vəkilinin sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin Azərbaycanda tam şəkildə icra olunması üçün müvafiq mexanizmlərin olması və burada dövlət və vətəndaş cəmiyyəti arasında müəyyən platformanın formalaşdırılması və vətəndaş cəmiyyətinin bu işdə xüsusi fəallıq göstərməsinə ehtiyac var.
"Bir neçə il əvvəl Azərbaycanda artıq 1325 koalisiyası formalaşdırılıb ki, bu çərçivədə qadınlar sülhün təşviq olunmasında, ümumilikdə münaqişə zonalarında sabitliyin və təhlükəsizliyin qurulmasında öz missiyalarını müəyyənləşdiriblər. Amma bu nə dərəcə effektiv olub və bunun nəticələri nə olub? Biz buna baxsaq, yəqin ki, bundan sonrakı addımlarımızı da ölçmək və daha da dəqiq addımlar atmaq üçün imkanlarımız çoxalacaq.
1325 saylı qətnamədə qadın iştirakçıların həm münaqişə dövründə, həm də münaqişədən sonrakı dövrdə tam dəqiq şəkildə fəaliyyəti göstərilir və düşünürəm ki, biz sadəcə olaraq lokal xüsusiyyətləri, münaqişənin özünü və müharibədən sonrakı yaranmış reallıqların xüsusiyyətlərini nəzərə almaqla onu necə tətbiq etmək və burada hansı mümkün çərçivələrdən istifadə etmək üzərində dayanmalıyıq. Bir müddət əvvəl İsraildə səfərdə olarkən burada qadın polislərin çoxluğu mənim diqqətimi çəkdi. Düşünürəm ki, vahimə, xof, ümumilikdə münaqişədən sonra yaranmış bu cür xoşagəlməz fəsadların qarşısının alınmasında bir qadın harmoniyasının olması, qadınların sakit və sabit atmosferin yaradılması üçün bütün keyfiyyətlərə malik olması bu məsələdə qadınların iştirakını vacib edir", - deyə deputat vurğulayıb
S.Mikayılova qeyd edib ki, Azərbaycanda münaqişənin köklərinin işğal və müəyyən mənada etnik təxribatlara malik olduğunu nəzərə alaraq, sülh sazişinin həyata keçirilməsində eyni zamanda qadınların rolu təşviq eedilməlidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





