ABŞ Ermənistanda baş verənlərə göz yumur - Qarayaxma kampaniyası başlayıb...
Artıq bir neçə həftədir ki, Ermənistanda hazırkı rejimin istefası tələbi ilə aksiyalar keçirilir. Hədəf Nikol Paşinyan olsa da, daha çox azərbaycanafobiya, türkofobiya şüarları səslənir. Qonşu dövlətlərin bayraqları yandırılır, irqi ayrı-seçkilik zəminində şüarlar səsləndirilir, əvəzində isə Qərbin insan haqlarından dəm vuran təşkilatları, mediası, siyasiləri yenə sükut nümayiş etdirir.
Maraqlı olan həm də odur ki, keçirilən etirazlarda insanlar alçaldılır, fiziki təzyiqlər göstərilir. Qərb, xüsusən də, ABŞ sanki heç nə baş verməyibmiş kimi, heç bir reaksiya vermir. 30 il Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldı, milyonlarla insan öz ev-eşiyindən məhrum edildi, qaçqın vəziyyətinə salındı, reaksiya olmadı. Elə ki, Azərbaycan bu işğala son qoymaq üçün hərbi əməliyyatlara başladı, o zaman yada düşdü ki, insan hüqüqları pozulur. BMT tərəfindən tanınan torpaqlarında müharibə başlayan zaman Minsk qrupu həmsədr dövlətlərindən tutmuş bir çox ölkələrə kimi Azərbaycana qarşı təzyiqlər başladı. Beləliklə də, eyni metod, eyni bəsit arqumentlər, eyni qarayaxma. Növbəti dəfə müstəqil postsovet ölkələrində vəziyyətin nəzarətdən çıxması istiqamətində fəaliyyətə start verilib.
Görünən odur ki, ABŞ Dövlət Departamentində viktoriya nulandlar heç cür Azərbaycanı unuda bilmirlər. Onun müstəqil siyasəti, ölkədəki sabitlik onların ürəyincə deyil. 44 günlük müharibədən sonra erməni vandalları tərəfindən dağıdılan əarzilərə vəsait ayırmaq əvəzinə, sabitliyi pozmağa yönəlik addımlar atılır. Məsələn, ABŞ-ın NED-National Endowment for Democracy fondunun Azərbaycana 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235 dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.
Budur, Qərb demokratiyası və onun hədəfi. Yaxın Şərqdə, Şimali Afrika və digər bölgələrdə yüz milyonlarla insanlara gətirdikləri "demokratiya"dan deyəsən hələ də, dərs çıxarmayıb. Heç olmasa özündən sonra qoyub getdiyinə bir nəzər salsa yaxşı olardı.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı





