Siyasət

Ukraynalı qaçqınlar Litvaya 3 milyon avrodan çox vergi ödəyiblər

6 May 2022 09:24
0 Şərh     Baxış: 583

Rusiyanın Ukraynada tammiqyaslı işğalı başlayandan Litvaya 50 mindən çox ukraynalı qaçqın gəlib. Onlardan 28 mini əmək qabiliyyətli yaşda olan insanlardır, 7,6 mindən çoxu artıq iş tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi məlumat yayıb.

"İşlə məşğul olan ukraynalılar artıq ölkəmizə 3 milyon avrodan çox vergi ödəyiblər. Ölkəmizə gələn ukraynalıları işə götürənlərə təşəkkür edirəm və sizi Məşğulluq Xidmətində vakansiyaların qeydiyyatını davam etdirməyə dəvət edirəm", - deyə müvafiq qurumun naziri Monika Navickiene bildirib.

Ukraynalıların böyük əksəriyyəti orta ixtisas tələb edən işlərdə, hər on nəfərdən biri yüksək ixtisaslı işlərdə çalışır. Əmək haqqı minimumdan (600 avro) 2000 avroya qədərdir. Litvada işləyən ukraynalı orta hesabla 900 avroya yaxın qazanır.

Eyni zamanda, hazırda iş axtaran 8,7 mindən çox Ukrayna vətəndaşı Litva Məşğulluq Xidmətində qeydiyyatdan keçib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.