Siyasət

Putin Ukraynanın ilhaqını elan edə bilər

5 May 2022 23:02
2 Şərh     Baxış: 2 838

Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

Onun sözlərinə görə, indi Kremldə iki qruplarşma var. Onlardan biri Putinə deyir ki, mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazımdır.

"Bir qrup deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır.

İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün şansı qalmayacaq", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.