Siyasət

Prezident NATO Baş katibinin xüsusi nümayəndəsini qəbul edib - VİDEO - FOTO

28 Aprel 2022 18:07
Baxış: 969

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xavyer Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı xahiş etdi.

Görüşdə dövlətimizin başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlandı. Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edildi.

Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.