Siyasət

Ukraynadakı müharibə nə ilə bitəcək? - Lavrov açıqladı

26 Aprel 2022 08:13
1 Şərh     Baxış: 2 781

"Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda Böyük Oyun proqramındakı çıxışında bildirib.

Onun sözlərinə görə, müqavilənin parametrləri hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək.

"Silahlı qüvvələrin tətbiqi zamanı hər bir vəziyyətdə olduğu kimi, əlbəttə ki, hər şey müqavilə ilə başa çatacaq, lakin bu müqavilənin parametrləri bu müqavilənin reallaşacağı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək", - deyə nazir bildirib.

Lavrov bildirib ki. Ukrayna tərəfi ilə sülh nizamlanmasının konturları arasında əlaqə var.

"Biz, əlbəttə ki, hər şeydən əvvəl Ukrayna xalqının necə yaşayacağına özü qərar verməsini istəyirik", - deyə Lavrov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.