Siyasət

Ukrayna Aİ-yə tam üzv olacağı tarixin proqnozunu verdi

23 Aprel 2022 08:54
0 Şərh     Baxış: 1 000

Ukrayna 2024-cü ildə Avropa İttifaqına daxil olmaq niyyətindədir.

Bu barədə Ukrayna baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

"Biz bu ilin yayında Aİ-yə namizəd statusunu alacağımızı gözləyirik", - deyən nazir ərizənin birinci hissəsinin artıq təqdim olunduğunu deyib.

O, həmçinin söz verib ki, ölkə Aİ-yə üzvlük üçün bütün tələbləri eyni sürətlə yerinə yetirəcək.

"Ukrayna 2024-cü ildə Avropa Birliyinin tamhüquqlu üzvü olmağı gözləyir", - deyə Sviridenko sözlərini yekunlaşdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.