Siyasət

"Rusiya Ermənistana hücum etsin, Qarabağ bizim olsun!" - məşhur ermənidən sərsəm təklif

8 Aprel 2022 09:18
4 Şərh     Baxış: 2 714

Erməni əsilli amerikalı müğənni, "System of a Down" qrupunun üzvü Serj Tankyanın uğursuz tviti qalmaqala səbəb olub.

Milli.Az bildirir ki, əslən Livan ermənisi olan 55 yaşlı amerikalı S.Tankyan Qərbdən ölkənin silahla təmin olunması üçün "Rusiyadan Ermənistana hücum etməyi tələb edin" xahişini irəli sürüb.

"Biz Rusiyanı Ermənistana hücum etməyə inandırmalıyıq ki, bəlkə Qərb Azərbaycan və Türkiyə ilə döyüşmək üçün bizə silah və pul versin", - S.Tankyan Twitter-dəki profilində yazıb.

Bu sözlər Ukrayna və digər ölkələrdən olan bir çox istifadəçilərin hiddətinə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.