Siyasət

Ukrayna Vışqorodun azad olunduğunu elan etdi

31 Mart 2022 23:22
0 Şərh     Baxış: 1 166

"Kiyev vilayətinin Vışqorod qəsəbəsi artıq Ukrayna hərbçilərinin nəzarətindədir, hazırda Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

"Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki günə biz əla mənzərəni görəcəyik və uğurlarımızı inkişaf etdirməyə davam edəcəyik", - Qruzeviç vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.