"Kiyev vilayətinin Vışqorod qəsəbəsi artıq Ukrayna hərbçilərinin nəzarətindədir, hazırda Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.
"Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki günə biz əla mənzərəni görəcəyik və uğurlarımızı inkişaf etdirməyə davam edəcəyik", - Qruzeviç vurğulayıb.
Milli.Az