Siyasət

“Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur” - Blinken

29 Mart 2022 23:49
0 Şərh     Baxış: 1 622

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa və qoşunlarını çıxarmağa çağırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə Mərakeşdə həmkarı Nasser Burita ilə birgə mətbuat konfransında bildirib.

Blinken Rusiyanın Ukraynaya indiyə qədər vəhşicəsinə davrandığını qeyd edib:

"Rusiyanın hücumu ukraynalı uşaqların yarısını didərgin saldı. İndi onlar bu hücumu dərhal dayandırmalı, qoşunlarını geri çəkməli və danışıqlara başlamalıdırlar".

O əlavə edib ki, hazırda Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur:

"Biz Rusiyanın Ukrayna haqqında dediklərinə deyil, nə etdiyinə baxırıq".

ABŞ Dövlət katibi Moskvanı dünyada bir çox məhsulların tədarükünün dayandırılmasının arxasında durmaqda ittiham edib.

Qeyd edək ki, Yaxın Şərq səfəri çərçivəsində 27-28 mart tarixlərində İsraildə keçirilən Nəcəf Sammitinə qatılan Blinken Mərakeşə dünən axşam gəlib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.