Siyasət

Şoyqu Ermənistanın müdafiə naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

24 Mart 2022 23:17
1 Şərh     Baxış: 1 646

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlər regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqlarını yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Günün ikinci yarısında Şoyqu Prezident Vladimir Putinə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişi barədə məruzə edib. Hesabat Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı oxunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.