Siyasət

Rusiyalılar Ukraynanın silah anbarlarını dağıdıb

22 Mart 2022 22:21
0 Şərh     Baxış: 914

"Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə hərbi anbarını məhv edib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

O, bildirib ki, martın 22-də Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar atılıb.

"Ukrayna qoşunlarının Lisiçansk və Kramatorsk qəsəbələrində iri yanacaq və sürtkü materialları anbarları, Drujkovkada raket və artilleriya silahı anbarı, Nadejdinka və Novoaleksandrovkada silah-sursat anbarları məhv edilib", - deyə Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ümumilikdə Ukraynanın 83 hərbi obyektinin vurulduğunu açıqlayıb.

Onların arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, üç raket və artilleriya anbarı, 68 hərbi texnika var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.