Siyasət

İtaliya rusiyalı oliqarxların aktivlərini dondurdu

22 Mart 2022 21:59
0 Şərh     Baxış: 585

İtaliya hakimiyyəti sanksiyalara məruz qalmış rusiyalı sahibkarların ümumilikdə 800 milyon avrodan çox aktivlərini dondurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mario Draqi bildirib.

"Biz İtaliyada Avropa İttifaqının siyahılarına düşmüş oliqarxların 800 milyon avrodan çox əmlakını dondurmuşuq", - o milli parlamentin deputatlar palatasında çıxışı zamanı deyib.

Draqi qeyd edib ki, Avropa İttifaqı və NATO yaranmış vəziyyətdə sanksiyaların tətbiq edilməsində birlik göstərdi. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya hakimiyyətinin Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağa yönəlib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.