Rusiyanın Ukrayaya yeritdiyi qoşunlar Kiyevi raket-bomba atəşinə tutmağa davam edirlər.
Milli.Az Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən bildirir ki, Kiyevin Obolon səmtindəki yaşayış binalarından biri vurulub.
Doqquzmərtəbəli yaşayış binasına top mərmisinin düşməsi nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Binada mənzilləri zərər görən 63 nəfər təxliyə olunub.
Milli.Az