Rusiya ordusu Kiyevdə yaşayış binasını vurdu - FOTO

15 Mart 2022 10:36

Rusiyanın Ukrayaya yeritdiyi qoşunlar Kiyevi raket-bomba atəşinə tutmağa davam edirlər.

Milli.Az Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən bildirir ki, Kiyevin Obolon səmtindəki yaşayış binalarından biri vurulub.

Doqquzmərtəbəli yaşayış binasına top mərmisinin düşməsi nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Binada mənzilləri zərər görən 63 nəfər təxliyə olunub.

Milli.Az