Siyasət

Rusiya ordusu 12 kilometr irəliləyib

12 Mart 2022 22:22
0 Şərh     Baxış: 1 190

Rusiya Silahlı Qüvvələri geniş cəbhədə hücumu davam etdirərək Novoandreyevka, Kirilovka yaşayış məntəqələri üzərində nəzarəti təmin edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

"Gün ərzində irəliləmə 12 kilometr olub. "Lxr" "qoşunları" da Molodejno və Vozqorye yaşayış məntəqələrini nəzarətə götürərək Popasnaya qəsəbəsinin cənub və mərkəzi hissələrini ələ keçirib. "Lxr" milisləri də Severodonetsk şəhərinin ətrafına çatıb", - Konaşenkov qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.