Siyasət

İsrail 25 rus milyarderə sanksiya tətbiq etdi

5 Mart 2022 23:34
0 Şərh     Baxış: 2 585

İsrail 25 rus milyarderin şəxsi təyyarə və yaxtalarına sanksiya tətbiq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" qəzeti məlumat yayıb.

Bildirilib ki, onlar, əsasən, Rusiya Prezidenti Vladimir Putinə yaxın olan şəxslərdir.

Sanksiya qərarı çərçivəsində 25 rus oliqarxa aid şəxsi təyyarələr İsrail hava limanlarında 48 saatdan artıq qala bilməyəcək və onlara aid yaxtaların limanlara yanalmasına icazə verilməyəcək.

"İsrail Putinə yaxın rus iş adamlarına sanksiya tətbiq etməklə ABŞ-a qoşulmağa qərar verib", - qəzet yazıb.

Xəbərdə həmin 25 şəxsin kimlər olduğu ilə bağlı məlumatlara yer verilməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.