Siyasət

İran Atom Enerji Təşkilatı və AEBA birgə bəyanat yayıb

5 Mart 2022 23:21
0 Şərh     Baxış: 2 022

İran Atom Enerji Təşkilatı və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müştərək bəyanat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İran Atom Enerji Təşkilatı mart ayının 20-nə kimi AEBA-nın ünvanladığı suallara yazılı cavab verəcək.

Suallar İranda 3 məkanla bağlıdır. İran həmin tarixədək lazimi izahat və aidiyyatlı sənədləri AEBA-ya təqdim etməlidir.

AEBA rəsmi izahatı aldıqdan sonra iki həftə ərzində həmin məlumatları yoxlayaraq lazimi sualları yenidən İranın Atom Enerji Təşkilatına yollayacaq. Bəyanatda qeyd olunur ki, əlavə suallarla bağlı İran və AEBA Tehranda iclas təşkil edəcək.

AEBA rəhbəri qeyd olunan məsələləri dəyərləndirdikdən sonra nəticəni 2022-ci ilin iyun ayında Rəhbərlər Şurasının iclasından əvvəl elan edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.