Ukrayna ilə Rusiya Federasiyası arasındakı danışıqların 3-cü raundu bazar ertəsi, martın 7-də olacaq.
Milli.Az bildirir ki, bunu danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü olan David Araxamiya deyib.
Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak da xəbəri təsdiqləyib.
"Çox yəqin ki, yeni raundda humanitar dəhlizlərin necə fəaliyyət göstərdiyini müzakirə edəcək, danışıqlar prosesi çərçivəsində əlavələr və mümkün düzəlişləri müzakirə edəcəyik", - M.Podolyak deyib.
Milli.Az