Siyasət

Ukrayna və Azərbaycan yaxşı dost və strateji tərəfdaş olaraq qalır - Səfir

6 Fevral 2022 12:41
Baxış: 751

"Bu gün biz Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik".

Milli.Az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdəki hesabında yazıb.

"Hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır. Biz ikitərəfli münasibətlərimizi və qarşılıqlı əlverişli əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!", - səfir qeyd edib.

O, vurğulayıb ki, Ukrayna Azərbaycan səmimi dostluq, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən diplomatik münasibətlərin qurulmasını qeyd edirlər: "Çağırışları fürsətlərə çevirərək, biz əminliklə irəli gedir və birgə uğur tarixini yazmağa davam edirik".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.