Moskvada həlledici görüş başlayır - Bakı və Ankaranın təklifi işə düşür
"10 dekabr tarixində Moskvada "Altılıq formatı"nın ("3+3") ilk iclası keçiriləcəyi barədə məlumat informasiya məqsədi daşıdığından indidən qeyd edildiyi kimi Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşündən regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində ilk dəfədən nəticə gözləmirəm".
Bunu Milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
Rusiyalı politoloq bildirib ki, tərəflər arasında "3+3" formatının fəaliyyəti ilə bağlı bəyanatlar imzalana bilər:
"Düşünürəm ki, bu görüş çərçivəsində çox güman ki, ölkələr arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı texniki məsələlər müzakirə olunacaq. Cənubi Qafqaz altılığı xarici işlər nazirinin müavini formatında müzakirə ediləcək. Şübhə etmirəm ki, bəzi ilkin texniki məsləhətləşmələr artıq aparılıb.
Lakin buna baxmayaraq, belə diplomatik tədbirlərin keçirilməsi formatının işlənib hazırlanması demək olar ki, çox vaxt nəticəsiz qalır. Hesab edirəm regionda yeni reallıq çərçivəsində "3+3" formatında gerçəkləşəcək görüş zamanı ilk növbədə, həmin ölkələrin üzərlərinə götürdükləri səlahiyyətlərin, öhdəliklərin tənzimlənməsi məsələləri müzakirə olunacaq. Bundan sonra bir sıra məsələlərə aydınlıq gələcək. Mövcud öhdəliklərlə bağlı "3+3" formatında gündəliyə hansı məsələlərin çıxarılacağı, kimin, necə və hansı ardıcıllıqla icra etmək istiqamətində addımlar atacağı barədə dəqiq nəsə demək olmur.
Bu məsələləri işlək qaydada müzakirə etmək üçün çoxtərəfli komissiya yaradıla bilər. Ardınca onlara səlahiyyətlər verilməlidir. Çox güman ki, bu görüşün nəticələrinə əsasən, qarşılıqlı anlaşmanın yaradılması ilə bağlı tərəflər arasında birgə ümidverici fəaliyyət qaydalarını özündə ehtiva edəcək bəyanatlar imzalanacaq".
Xatırladaq ki, 2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





