Azərbaycanla İran arasında hansı işlər görülür? - Səfir cavabladı
Azərbaycan və İran arasında əməkdaşlıq üzrə birgə razılaşmalar icra olunur.
Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
S.A.Musəvinin sözlərinə görə, bu razılaşmalardan biri "Qız Qalası", "Xudafərin" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlıdır:
""Qız Qalası" və "Xudafərin" hidroqovşaqlarında inşa işləri demək olar ki, yekunlaşıb. Hazırda bu hidroqovşaqlar avadanlıqlar və turbinlərin quraşdırılması mərhələsindədir. Düşünürəm ki, 1 ildən az müddətdə hidroqovşaqlar istifadəyə veriləcək", - deyə o bildirib.
Azərbaycan və İranın "Şimal-Cənub" nəqliyyat dəhlizinin mərkəzində yerləşdiyini deyən səfir bildirib ki, bu platformadan iki ölkənin iqtisadi inkişafı üçün istifadə olunacaq: "Bu istiqamətdə görülən işlər çərçivəsində Astarada (İran) dəmiryol terminalının bir hissəsi istifadəyə verilib, bir hissəsində inşa işləri davam etdirilir", - İran səfiri əlavə edib.
S.A.Musəvi deyib ki, iki ölkə arasında Astaraçay üzərində yeni körpünün inşa olunması üzrə işlərə başlanıb.
Onun sözlərinə görə, həmçinin iki ölkə arasında elektrik mübadiləsi həyata keçirilir: "Bununla yanaşı İran, Azərbaycan və Rusiya arasında elektrik sistemlərinin sinxronlaşdırılması üzrə işlər aparılır", - səfir vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
XƏBƏR LENTİ
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq





