Siyasət

Dövlət başçısı BƏƏ Prezidentini təbrik etdi

2 Dekabr 2021 12:26
Baxış: 731

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü İslam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.