Fotosessiya

O, indi də qatil oldu - FOTO

20 İyul 2011 04:02
Baxış: 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, dünyanın ən ekstravaqant müğənnisi sayılan Ledi Qaqa dünən Nyu-Yorkdakı "Sirius Radio Studios"a yollanarkən yenə epataja əl atıb.
25 yaşlı müğənni bu dəfə muzdlu qatil obrazını alaraq üzünü krujevalı "rübənd"lə örtüb.

Əynində qara rəngli PVC gödəkcə olan Ledi Qaqa qurşaqdan aşağı çılpaq idi. Bununla belə, onun əlində 9 min dollarlıq "Chanel" çantası vardı.
Dünyanın ən məşhur radioaparıcısı Şovard Şterninin şousunun qonağı olan Ledi Qaqa açıq danışıb.

"Nyu-York eşq, xəyanət, sədəqat, həyat və ölüm şəhəridir. Burada mən də özümü yerli insan və qonaq, gecə və gündüz təki hiss edirəm. Ona görə də Nyu-Yorkun ab-havasına uyğun geyinməyə çalışıram", - Ledi Qaqa deyib.

Milli.Az










Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.