Tərkibi:
300 q toyuq və ya hinduşka filesi
5 yumurta
150 q qara gavalı
100 q qoz
100 q pendir
mayonez
duz
Fileni bişirin (qaynara düşdükdən sonra hinduşka filesini 35 dəqiqə, toyuq filesini isə 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın. Qara gavalını xırdalayın. Qozu blenderdən keçirin, ya da bıçaqla xırda doğrayın.
Bişmiş yumurtanın ağını sarısından ayırıb ayrı-ayrılıqda sürtgəcin xırda gözündən keçirin. Pendiri də sürtgəcin xırda gözündən keçirin.
Siniyə əvvəlcə fileni döşəyin. Duzlayın, mayonez çəkin. Sonra aralarına mayonez çəkməklə bu sıra ilə ərzaqları düzün: yumurtanın sarısı, qara gavalı, pendir, qoz, yumurtanın ağı.
Yerkökündən nazik şəridlər kəsib saat əqrəbləri və siferblat düzəldin.

"Şam ağacı"
Tərkibi:
300 q bişmiş toyuq əti
200 q qarğıdalı
1 baş soğan
200 q pendir
1 st. qaynadılmış düyü
mayonez
duz
istiot
Bişmiş toyuq ətini doğrayın, qarğıdalı, doğranmış baş soğan, pendir, qaynadılmış düyü ilə qarışdırın. Duz, istiot, mayonez vurub qarışdırın.
Sonra təpələmə boşqaba yığın. Göy soğan və ya kərəviz, yerkökü və ağ turpdan istifadə edərək onu, şəkildə gördüyünüz kimi, şam ağacı formasına salın. Əgər soğanın dadı xoşunuza gəlmirsə, bəzək üçün şüyüddən də istifadə edə bilərsiniz.


"Şaxta baba"
Tərkibi:
1 toyuğun döş əti
300 q təzə göbələk
200 q bərk pendir
3 yumurta
1 baş soğan
300-500 q mayonez
bitki yağı
qoz
Toyuq ətini bişirin, soyudub kubik doğrayın. Soğanı çox xırda doğrayıb yağda qızardın. Xırda doğranmış göbələyi də əlavə edib hazır olanadək bişirin. Bişmiş yumurtaları və pendiri sürtgəcin iri gözündən keçirin.
Aralarına mayonez çəkməklə aşağıdakı qaydada siniyə düzün: toyuq + yumurta + göbələk + pendir + qoz.
Üzərini yumurta, qırmızı bibər və pomidorun köməyilə bəzəyib Şaxta babaya bənzədin.
Eyni tərifdən istifadə edib başqa salatlar da düzəltmək olar:

"Qarquşu":
Salatı siniyə quş formasında yığın. Başını, qanadını və quyruğunu qara zeytunla, sinəsini xırda doğranmış qırmızı bibərlə, kürəyini yumurtanın ağı ilə bəzəyin. Dimdiyi qırmızı istiotdan kəsin. Göyərtidən budaq düzəldin.

"Pinqvin":
Siniyə salatı pinqvin formasında yığın. Üzərinə sürtgəcdən keçirilmiş yumurta ağı səpin. Gözlərini və qanadlarını qara zeytunla, dimdiyini və ayaqlarını isə yerkökü ilə bəzəyin.

"Yolka bəzəyi"
Yolka oyuncaqları düzəltmək üçün siniyə göyərti döşəyin, üzərinə nar dənələri səpin. "Şam ağacı" salatının tərifindən istifadə edərək yumru kürəciklər düzəldin. Onları sürtgəcdən keçirilmiş rəngbərəng tərəvəzlərə: yerkökü, çüğündür, xiyar, yumurtanın ağına batırın. Mavi rəng almaq üçün yumurtanın ağını qida boyası ilə boyayın. Sonra kürəcikləri "budaqların" bir tərəfində düzün.

Nuş olsun!
Milli.Az