Milli mətbəx nümunələrimizdən fəsəlinin hazırlanma qaydası - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü" - Səməd Vurğunun qələmə aldığı bu misralardan da məlum olduğu kimi, fəsəli əsasən bayramqabağı bişirilir. Amma onu təkcə bayramlarda deyil, toylarda və el şənliklərində də hazırlayırlar. Qərb bölgəsində fəsəli, eyni zamanda, ən sevilən şirniyyat növlərindən sayılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün elə də kütləvi bişirilməyən fəsəlini bir çox bölgələrdə, xüsusilə də kəndlərimizdə ağbirçək nənələrimiz, zəhmətkeş analarımız unutmağa qoymur, qız gəlinlərə öyrədirlər.
"Fəsəli sac üstündə bişirilir. Hazırlanması isə diqqət və təmkin tələb edir. Fəsəlini köhnə üsulla bişiririk. Xəmiri yoğurub əvvəlcə fətir edirik. Qonum-qonşular yığılır, hamımız bir yerdə hazırlayırıq", - deyə Ağstafanın Dağkəsəmən kəndinin uzun illərdir fəsəli bişirən sakini Elmira Quşçiyeva bildirir.
Milli mətbəx nümunələrimizdən olan fəsəlinin hazırlanma qaydasından danışan Elmira Quşçiyeva deyir ki, əvvəlcə xəmir yoğurulur, sonra isə kündələr yuxa halına salınır. Lakin onu yuxadan fərqli edən yağlı olmasıdır. Bir neçə, 4-5 yuxa üst-üstə qoyulur və yağlandıqdan sonra yenidən yuxa halına salınır. Nehrə yağı ilə daha dadlı olan fəsəlinin hazırlanmasına yarım kiloqramdan çox yağ sərf edilir.
Fəsəli yuxasının bir üzü yağlanır. Sonra yağlı tərəfi içəri olmaqla qatlanır. Xəmirin bir ucundan tutub içəriyə doğru bükürlər. Alınmış yağlı xəmiri əl ilə yoğurduqdan sonra oxlovla diametri 15-16 santimetr ölçüdə yayırlar. Sonra oxlovla üzərində deşiklər açılır, içində yağ qaynayan tavaya salıb hər iki tərəfini qızardırlar. Qızarıb bişmiş fəsəlinin üstünə isti-isti şəkər tozu səpərək üst-üstə yığırlar. Fəsəli həm isti, həm də soyuq yeyilir. İstəyə görə çay, qəhvə və kakao ilə yeyilə bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Bu şəhərdə velosiped sürmək qadağan edildi
-
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
-
FIFA Argentina milli komandasını cəzalandırıb
-
MİQ-in müsahibə mərhələsi başlayır
-
15 saniyəlik video, milyonlarla pul: - TikTok necə varlandırır?
-
Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir
-
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
-
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
-
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
-
“ABŞ ilə münaqişəni indi bitirsək yaxşıdır”
-
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
-
Portuqaliyada niqaba qadağa qoyuldu
-
Anar Nəcəfliyə yeni vəzifə verildi
-
Mabel Matizlə bağlı qərar verildi
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - (Video)
-
Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
-
BOKT-un vəzifəli şəxsləri cərimələndi
-
Agentlikdən məktəbli forması ilə bağlı valideynlərə müraciət
-
Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları keçirilib - (Foto)





