İdman

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

21 Avqust 2026 19:11
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Bakıda startı veriləcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları ilə bağlı açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, Milli Gimnastika Arenasındakı mərasim şou proqramla başlayıb.  Daha sonra bu gün, saat 19:00-da başlayacaq açılış matçında qarşılaşacaq Azərbaycan və Portuqaliyanın bayraqları meydançaya gətirilib, ardınca hər iki ölkənin himnləri səsləndirilib.  Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.  Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan komandası C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək./Report

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.