Şou-biznes

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir

21 Avqust 2026 19:12
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin keçmiş həyat yoldaşı Anna Devoçkinadan olan iki oğlu üçün alimentin azaldılması tələbi yenidən təmin edilməyib.

Milli.Az xəbər verir ki, şoumen bir ildən artıqdır övladları üçün ödədiyi alimentin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 min manat) endirilməsinə çalışır. Onun vəkili Sergey Jorin bildirib ki, hüquqşünaslar ödənişlərin azaldılması üçün mübarizəni davam etdirəcəklər.

Jorinin sözlərinə görə, məhkəmədən aylıq alimentin 500 min rubla endirilməsi ilə yanaşı, uşaqların biznes-klassla uçuşları ilə bağlı öhdəliyin də dəyişdirilməsi istənilib. Lakin məhkəmə uşaqların biznes-klass əvəzinə ekonom-klassla uçmasına belə razılıq verməyib. Buna səbəb kimi valideynlərin uşaqları müəyyən həyat tərzinə alışdırması göstərilib.

"Biz aylıq ödənişin 500 min rubla endirilməsini istədik. Bu məbləğ Moskvada bir uşaq üçün yaşayış minimumunun təxminən 23 mislinə bərabərdir. Həmçinin biznes-klassla uçuş öhdəliyinə yenidən baxılmasını, digər əlavə xərclərin isə saxlanılmasını təklif etdik. Maraqlıdır ki, məhkəmə biznes-klassın ekonom-klassla əvəzlənməsinə belə razı olmadı. İclas zamanı valideynlərin uşaqları biznes-klassla uçmağa özlərinin alışdırdığı bildirildi" deyə, vəkil bildirib.

Bundan əvvəlki məhkəmə iclasında Rodrigez uşaqlarının və keçmiş həyat yoldaşının İspaniyadan Rusiyaya köçməsinin onlar üçün daha uyğun olacağını əsaslandırmağa çalışıb. Hazırda 17 yaşlı Migel və 13 yaşlı Daniel İspaniyada yaşayırlar. Şoumen Rusiyada onların rahat şəraitdə yaşaması üçün əlindən gələni etməyə hazır olduğunu deyib.

Rodrigez həmçinin son bir ildə gəlirlərinin azaldığını və müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini göstərən sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, "Super.ru" daha əvvəl sənətçinin 45 dəqiqəlik özəl çıxış üçün təxminən 1,5 milyon rubl qazandığını yazıb. Beş saatlıq çıxış üçün isə onun qonorarının 2,5 milyon rubl (51 min manat) olduğu bildirilir.

Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları inkar edib. Bundan qısa müddət sonra o, yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur onunla telefon danışığı zamanı ayrıldığını bildirib.

Rodrigez və Kabak iki ay əvvəl evlənib./Axşam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.