İdman

Ramil Şeydayev oynadı, komandası qələbə qazandı

21 Avqust 2026 18:04
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Milli Futbol Liqasında 7-ci turun oyunları keçirilir.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki,  Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də çıxış etdiyi "Soçi" səfərdə "Nefteximik"in qonağı olub.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub və heç bir məhsudarlıqla yadda qalmayıb.

70-ci dəqiqədə Vyaçeslav Litvinov qonaqları azlıqda buraxıb.

Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 13 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.