Hadisə

Göyçayda avtomobil aşıb, xəsarət alanlar var

21 Avqust 2026 21:12
Baxış: 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Göyçayda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin qəfil idarəetməni itirərək aşması nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi səbəbindən kəndin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.