Bu şəhərdə velosiped sürmək qadağan edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Komo şəhərində sentyabr ayından etibarən şəhər mərkəzində velosipedlərdən istifadə qadağan ediləcək.
Milli.Az xəbər verir ki, qadağa həm adi, həm də elektrikli velosipedlərə şamil olunacaq və təxminən 30 küçəni əhatə edəcək.
Yeni qaydalara əsasən, həmin küçələrdə velosipedçilər nəqliyyat vasitələrindən düşərək yollarına piyada davam etməli olacaqlar.
Qərarın ictimaiyyətə açıqlanmasından sonra şəhər sakinləri və siyasətçilər arasında narazılıq yaranıb. Tənqidçilər qadağanın velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edən insanlara, eləcə də, kuryerlərə və velosipedlə işləyən biznes sahiblərinə ciddi çətinlik yaradacağını bildirirlər.
Komo meri Alessandro Rapineze isə qərarı velosipedlərin piyadalar üçün yaratdığı təhlükə ilə əsaslandırıb.
Merin sözlərinə görə, onun bu qərarı qəbul etməsində şəxsi təcrübəsi də rol oynayıb. Rapineze daha əvvəl elektrikli velosiped tərəfindən vurulduğunu təsdiqləyib.
"Deyilənə görə, bu qərarı elektrikli velosiped vurduğu üçün vermişəm. Bu, tamamilə doğrudur. İnsanlar öz təcrübələrinə uyğun hərəkət edirlər və mən bu canavarlardan birinin vurmasının necə hiss etdirdiyini bilirəm", - Rapineze bildirib.
Qərarın əleyhdarları hesab edirlər ki, velosipedlərin tamamilə qadağan edilməsi əvəzinə, təhlükəli və qaydalara zidd hərəkət edən sürücülərə qarşı nəzarət gücləndirilməlidir.
Onların sözlərinə görə, qadağaya düşən küçələr Komo gölünə doğru uzanan, velosipedlə hərəkət üçün əlverişli əsas marşrutlardır. Bu səbəbdən yeni qaydaların şəhərdə ekoloji və daha əlçatan nəqliyyat vasitələrindən istifadəyə mənfi təsir göstərəcəyi vurğulanır./Qafqazinfo
DİGƏR XƏBƏRLƏR
-
“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı
-
Bu şəhərdə velosiped sürmək qadağan edildi
-
15 saniyəlik video, milyonlarla pul: - TikTok necə varlandırır?
-
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
-
Mabel Matizlə bağlı qərar verildi
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
XƏBƏR LENTİ
-
“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı
-
Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Bu şəhərdə velosiped sürmək qadağan edildi
-
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
-
FIFA Argentina milli komandasını cəzalandırıb
-
MİQ-in müsahibə mərhələsi başlayır
-
15 saniyəlik video, milyonlarla pul: - TikTok necə varlandırır?
-
Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir
-
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
-
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
-
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
-
“ABŞ ilə münaqişəni indi bitirsək yaxşıdır”
-
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
-
Portuqaliyada niqaba qadağa qoyuldu
-
Anar Nəcəfliyə yeni vəzifə verildi
-
Mabel Matizlə bağlı qərar verildi
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - (Video)
-
Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
-
BOKT-un vəzifəli şəxsləri cərimələndi
-
Agentlikdən məktəbli forması ilə bağlı valideynlərə müraciət
-
Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli





