Ləzgi mantısı necə bişirilir? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qusara qonaq gələn əcnəbi və yerli turistlər restoranlarda ət yeməklərinə daha çox üstünlük verirlər. Amma yeməklərin şahı sayılan "Şah plov" və dadı damaqdan getməyən ləzgi pizzası adlandırılan skan da tez-tez istənilən təamlar sırasındadır. Qış aylarında isə xəmir xörəklərini, xüsusilə ləzgi mantısını sifariş edənlər çox olur.
Milli.Az xəbər verir ki, rayondakı restoranlardan birində uzun illərdir aşpazlıq edən Şakalad Nurməmmədova AZƏRTAC-a bildirib ki, xəmir xörəkləri arasında ləzgi mantısı turistlərin ən çox bəyəndiyi yeməklərdəndir.
Mantı türk mətbəxinin əsas təmalarından sayılsa da, Qusarda bişirilən ləzgi mantısı həm hazırlanma qaydasına, həm də tərkibinə görə tam fərqlidir. Ənənəvi mantılarda içlik ətdən olsa da, ləzgi mantısında əti xırdalanmış qoz əvəz edir.
Ləzgi mantısını hazırlamaq üçün mayalanmış xəmirdən lavaşlar yayılır. Sonra həmin lavaşlar yağlanaraq, üzərinə qozdan hazırlanmış içlik tökülür. Lavaşlar dairəvi formada büküldükdən sonra kiçik hissələrə bölünürək buxarda bişirilir.
Yağlanmış xəmirin içərisində buxarda bişirilən qozlu qarışıq yeməyə xüsusi dad verir. Ləzgi mantısı qovrulmuş ət və sarımsaqlı qatıqla yeyilir. Bu, zövqə görə toyuq, qoyun və ya mal əti ola bilər.
Restoranlarda bir nəfər üçün nəzərdə tutulan ləzgi mantısının qiyməti 5 manatdır.
Şakalad Nurməmmədova bildirir ki, bu mantını dadanlar mütləq ikinci dəfə də istəyirlər. Gün ərzində ən azı 3-4 belə sifariş verilir. Ləzgi mantısı dadmaq istəyənlər arasında yerli turistlərlə yanaşı, əcnəbi qonaqlar da var. Xüsusilə ərəb ölkələrindən gələn qonaqlar Azərbaycan mətbəxinin təamlarını xoşlayırlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Unsuz kokoslu peçenye resepti
XƏBƏR LENTİ
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa





