Kulinariya

Kababı bu dəfə yuxa ilə hazırlayın - RESEPT

11 May 2018 07:00
104 Şərh     Baxış: 9 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbəxdə fərqli ləzzətllər hazırlamaq istəyənlər daim yeni axtarışlar edirlər.

Alışıq olduğumuz yeməkləri fərqli formalarda və dadlarda bişirmək istəyirlər.

Milli.Az ailem.az-a istinadən bu dəfə sizə fərqli bir yeməyin bişirilmə qaydasını təqdim edir.

Yuxa kababı üçün lazım olanlar:

400 qr yağlı qıyma

1 ədəd yuxa

1 çay qaşığı bibər tomatı

5 diş sarımsaq

1 ədəd soğan

2 kasa qatıq (servis üçün)

1 çay qaşığı istiot

1 çay qaşığı duz

Sousu üçün:

3 xörək qaşığı kərə yağı

1 yemək qaşığı pomidor tomatı

2 xörək qaşığı duru yağ

Hazırlanması:

Qıymanı geniş bir qaba qoyub, üzərinə rəndələnmiş soğan və sarımsaq əlavə edin. Tomat, duz və istiot da töküb yaxşıca qarışdırın. Yuxanı stola sərib iki yerə bölün.

Qarışdırdığınız qıymanı yuxanın geniş kənarına qoyun. Sonra yuxanı rulet şəklində bükün. Eyni prosesi digər yuxaya da tətbiq edin. Yuxaları əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada üzəri qızarına qədər bişirin. Qıymalı yuxalar bişərkən bir yandan sousunu hazırlamaq üçün kərə yağını tavada əridin. Əriyən kərə yağına duru yağı və tomatı əlavə edin. (Sous qatı olarsa, az miqdarda su əlavə edə bilərsiniz). Qızaran yuxaları sobadan çıxarıb servis boşqabına qoyun. Üzərinə bişən tomatlı sousu gəzdirin. Yanına qatıq qoyaraq isti-isti servis edin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.