Dünya

Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar

10 İyun 2025 06:06
Baxış: 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Bazilikata bölgəsində yerləşən orta əsr şəhəri Krako silsilə təbii fəlakətlərdən sonra tərk edilib. Hazırda şəhər tərk edilmiş gözəlliyin simvoluna və turistlər üçün cəlbedici məkana çevrilib.

Milli.Az xəbər verir ki, şəhər barəsində "The Mirror" yazıb.

Məlumata görə, İtaliyanın cənubunda yerləşən Krako - Avropanın ən heyranedici "kabus şəhərlər"indən biridir.

Qayalıq üzərində yerləşən, Aqri və Salandrela-Kavone çayları ilə əhatələnən məkan bu tərk edilmiş şəhərə filmlərə bənzər görünüş verir.

Krako XIII əsrdən XX əsrə qədər uzanan zəngin tarixi ilə çiçəklənən yaşayış məntəqəsi idi. Ancaq XIX əsrin sonundan etibarən şəhər bir sıra təbii fəlakətlərlə üzləşib. 1963-cü ildə torpaq sürüşməsi, 1972-ci ildə daşqın və 1980-ci ildə isə dağıdıcı zəlzələlərdən sonra əhali şəhəri tamamilə tərk etməli olub.

O vaxtdan bəri Krako boş qalıb, lakin hələ də şanlı tarixinin izlərini qoruyur. /Oxu.Az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.