Ali məktəblərə qəbul olanların 40 faizə yaxını ixtisasından narazıdır, 14 faizi isə ixtisasını dəyişir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyir ki, tələbələrin köçürülmə prosesi başlayanda bu hal daha aydın müşahidə olunur.
Ekspert bildirir ki, bunun bir sıra səbəbləri var. Onun fikrincə, Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı abituriyentlərə daha çox vaxt verməlidir.
Ekspert bildirib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 1920-yə yaxın tələbə təhsil alır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az