Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Marselu Rebelu de Souzaya məktub ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubunda portuqaliyalı həmkarına və bütün Portuqaliya xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini bildirən dövlətimizin başçısı əlavə edib: "İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
Milli.Az