Maraqlı

Kişilər üçün ideal boy neçədir? - Elmi araşdırma

9 İyun 2025 19:09
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur tanışlıq platforması Tinder-in sınaqdan keçirdiyi yeni funksiya bütün dünyada qısa boylu kişilər arasında narahatlıq yaradıb.

Milli.Az xəbər verir ki, araşdırmaya əsasən, istifadəçilər potensial uyğun namizədlər üçün minimum və maksimum boy meyarları təyin edə biləcəklər. Bu funksiya sosial mediada böyük müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunun qısaboylu kişiləri kənarda qoya biləcəyini düşünür.

Elmi tədqiqatlar nə deyir?

İngiltərədə aparılan və 5782 nəfərin iştirak etdiyi araşdırmaya əsasən, qadınlar orta hesabla özlərindən 25 sm uzun olan kişiləri daha cazibədar hesab edir. Kişilər isə əksinə, özlərindən 8 sm qısa olan qadınları üstün tuturlar.

İngiltərədə qadınların orta boyu 161 sm olaraq qeyd olunub. Bu isə qadınların təxminən 185 sm boyunda olan kişiləri daha çox seçdiyini göstərir. Kişilərin orta boyunun 175 sm olduğu nəzərə alınarsa, təxminən 165 sm boyunda olan qadınlar kişilər arasında ən çox seçilənlər arasındadır.

Hər kəs üçün vahid ideal boy varmı?

Amsterdam Universitetindən Prof. Dr. Gert Stulp bildirir ki, tək bir "ideal boy" anlayışından danışmaq doğru deyil. Şəxsi seçimlər, mədəniyyət fərqlilikləri və fərdi təcrübələr bu meyarı dəyişə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.