Maraqlı

Əməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı - FOTO

9 İyun 2025 19:32
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estetik əməliyyatlarla xarici görünüşündə böyük dəyişiklik edən məşhur türk modelyer Gülşah Saraçoğlu, xarici səfəri zamanı hava limanında maraqlı bir hadisə ilə üzləşib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pasportundakı şəkil üz cizgiləri ilə uyğun gəlmədiyi üçün polis onun barmaq izini alaraq şəxsiyyətini təsdiqləyib. Saraçoğlu yaşadığı bu anları sosial media hesabında paylaşaraq izah edib:

"Şəkil uyğun gəlmədiyi üçün məni barmaq izi verməyə göndərdilər," - deyə bildirib.

Moda dünyasının tanınmış simalarından biri olan Gülşah Saraçoğlu, keçirdiyi radikal estetik əməliyyatlarla yenidən gündəmə gəlib. Daha əvvəl "Təbii olan heç nəyi sevmirəm" açıqlaması ilə diqqət çəkən Saraçoğlu, son olaraq 9 saat davam edən əməliyyat nəticəsində tamamilə fərqli bir görünüşə sahib olub. Yeni görüntüsünü sosial mediada paylaşaraq böyük maraq doğurub.

İddialara görə, İstanbul Hava Limanında pasport nəzarəti zamanı, polis əməkdaşı Saraçoğlunun pasportundakı şəkillə real görünüşü arasında uyğunsuzluq olduğunu sezib və təhlükəsizlik prosedurlarına əsasən onu əlavə yoxlamaya yönləndirib.

Saraçoğlu bu hadisəni sosial media hesabında təsdiqləyərək belə deyib:
"Şəxsiyyət vəsiqəmdəki şəkillə polisin şüşə arxasından çəkdiyi görüntü uyğun gəlmədiyi üçün məni barmaq izi analizinə göndərdilər. Mən də təbii ki, 'baş üstə' dedim."
Barmaq izi ilə aparılan doğrulama nəticəsində hər hansı problem aşkar edilmədiyi üçün onun ölkədən çıxışına icazə verilib.

Bu hadisəni zarafatla izah edən Saraçoğlunun paylaşımı qısa müddətdə sosial mediada viral olub. Bəzi istifadəçilər onun dəyişimini "tanınmaz haldadır" kimi dəyərləndirsə də, digərləri isə "Gözəlliyin bədəli budur" deyərək məsələni yumorla qarşılayıblar.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.