Ölkə

Bakıda universitet tələbəsi vəfat etdi - VİDEO

10 İyun 2025 10:42
Baxış: 2 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.