Ballı tortun HAZIRLANMA QAYDASI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir xalqın özünə məxsus mətbəxi və milli xörəkləri var. Hətta elə xörəklər, şirniyyatlar var ki, adı çəkildikdə mütləq onun hansı ölkəyə, xalqa məxsus olduğu yada düşür. Milli.Az ailem.az-a istinadən ən çox ruslar tərəfindən hazırlanan ballı tortun (Medovik) hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
4 ədəd yumurta
2 stəkan şəkər tozu
250 qr kərə yağ
1 stəkan bal
2 stəkan un
Kremi üçün:
1 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
2 stəkan süd
125 qram kərə yağı
1 paket vanil
1 stəkan bal
Hazırlanması:
Yumurta və şəkər tozunu yaxşıca qarışdırın. Daha sonra içinə kərə yağı qoyun. Ocağın üzərinə içi su dolu bir qazan qoyun və qaynadın. Tort xəmirini hazırladığınız qabı ocaqda olan qazanın üzərinə qoyun. Balı, daha sonra unu əlavə edib qarışdırın. Xəmir hazır olandan sonra şüşə qabın içində soyuducuda bir saat saxlayın.
Bu arada kremi hazırlayın. Verilmiş ərzaqları bir qazana tökərək qarışdırın və ocağa qoyun. Mat bir hal aldıqda ocaqdan götürün.
Soyuducuda saxladığınız xəmiri çıxararaq 6 bərabər hissəyə bölün. Bu hissələri oxlovla yayın və onları 120 dərəcəlik sobada üzərləri qızarana qədər bişirin. Bişən tort xəmirlərini yuvarlaq şəkildə kəsərək artıqlarını bir qaba yığın. Forma verdiyiniz kekslərin hər bir qatına krem çəkərək üst-üstə qoyun. Daha sonra kəsdiyiniz keks qalıqlarını xırdalayaraq tortun üzərini bəzəyə bilərsiniz.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici
-
Soyuducudakı rəflərin əsl qaydası: Bildikləriniz yanlış ola bilər
-
Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı
-
Televizoru söndürün, münasibətinizi gücləndirin: Ən xoşbəxt cütlüklərin 5 axşam vərdişi
-
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
-
Balıqdan daha çox Omega-3: Həm ucuz, həm də möcüzəvi bitki - pərpətöyün
-
AA və AAA batareyaları sən demə, gücü yox, ölçünü göstərirmiş
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Müctəba Xamenei İran xalqına müraciət etdi
-
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
-
Günün qoroskopu: İş həyatınızda yeni bir tempə daxil olursunuz
-
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Elye Vai viza ala bilmədi, matçı buraxacaq
-
Xırdalan ciddi nəzarətə götürülməlidir: Kəmalə Ağazadədən çağırış





