Bənövşəyi velvet tortunun hazırlanması
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bənövşəyi velvet tortu yumşaq biskviti və gözoxşayan rəngi ilə xüsusi günlərinizə çox yaraşacaq bir şirniyyatdır. Biskvitin nəm və yumşaq teksturası südün sirkə ilə çürütülməsindən və bənövşəyi unun rəngindən gəlir. Krem pendir və qaymağın pudra şəkəri ilə birləşdiyi ipək kimi kremi isə tortun hər qatına yüngül bir ləzzət qatır. Üstü biskvit qırıntıları ilə örtülən bu fərqli tort, yaban mersini ilə servis edilir.
Milli.Az lazım olan məhsulları təqdim edir:
Biskviti üçün:
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan otaq temperaturunda süd
1 xörək qaşığı alma sirkəsi
2 stəkan bənövşəyi un
1 paket qabartma tozu
1 paket vanil
Kremi üçün:
200 qram krem pendir (və ya labne)
400 millilitr maye qaymaq (33-35%-li)
1 stəkan pudra şəkəri
Üstü üçün:
Mərsin (yaban mersini)
İstəyə görə təzə nanə yarpaqları
Hazırlanma qaydası
Südün içinə alma sirkəsini əlavə edin və 10 dəqiqə kənarda saxlayaraq südün çürüməsini təmin edin. Ayrı bir qabda yumurta və şəkər tozunu krem halına gələnə qədər mikserlə yaxşıca çalın. Unu, qabartma tozunu və vanili ələyərək bu qarışığa əlavə edin. Spatula köməyi ilə altdan yuxarıya doğru yavaşca qarışdırın. Çürümüş südü də bura əlavə edib qarışığı tamamlayın. Açılıb-bağlanan tort qəlibinin içini kərə yağı ilə yağlayın və xəmiri içinə tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə nəzarət edərək bişirin. Sobadan çıxarıb tam soyuduqdan sonra biskviti üfüqi formada üç bərabər hissəyə kəsin.
Çırpma qabına soyuq maye qaymağı və pudra şəkərini əlavə edib, qaymaq qatılaşıb qabarana qədər mikserlə çalın. Hazır olan qaymağı bərkiməsi üçün 10 dəqiqə soyuducuda saxlayın. Krem pendiri ayrı bir qabda çırpıcı ilə bir az qarışdırın. Soyuducuda gözlətdiyiniz qaymaqlı qarışığı pendirin üzərinə əlavə edin. Hər iki qarışığı spatula vasitəsilə sönməməsi üçün yavaşca bir-birinə yedirin.
Kəsdiyiniz biskvit qatlarından birincisini tort boşqabına yerləşdirin. Üzərinə hazırladığınız kremin yarısını töküb spatula ilə düzləşdirin. İkinci biskvit qatını üzərinə qoyun, qalan kremi də eyni qaydada çəkib səthini hamarlayın. Üçüncü biskvit qatını isə mətbəx robotundan (blenderdən) keçirərək tamamilə qırıntı halına gətirin. Bu qırıntıları tortun üstünə və kənarlarına, kremli hissələr tamamilə bağlanacaq şəkildə bolca səpin. Tortu soyuducuya qoyub 2-3 saat dinləndirin.
Yaxşıca soyuyan tortu dilimləyərək servis boşqablarına götürün. Üzərini təzə mərsin dənələri və istəyə görə təzə nanə yarpaqları ilə bəzəyərək servis edin.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





