Kulinariya

"Duvaqlı" plov

7 İyul 2016 07:00
12 Şərh     Baxış: 10 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az türk mətbəxindən "duvaqlı" plovun hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay):

1,5 st. yumru düyü
3 st. qaynar su
70 q kərə yağı
duz
500 q qiymə
1 soğan 
4 x.q. zeytun yağı
2 qırmızı bibər 
duz
qara istiot
zirə 
darçın
quşüzümü
şam fıstığı (dolmalıq fıstıq)
badam
şüyüd

Düyünü yuyub 30 dəqiqə duzlu isti suda saxlayın. Kərə yağını əridin, düyünü qatıb 5 dəqiqə qovurun. Duz və qaynar suyu əlavə edib qapağını örtün, suyunu çəkənə qədər bişirin. 
Qırmızı bibərləri kubik doğrayıb 1 x.q. zeytun yağında qovurun. Badamla fıstığı ayrı tavada yüngülcə qovurun. Qiyməni zeytun yağının qalanı və xırda doğranmış soğanla qovurun. Quşüzümü ilə qırmızı bibəri əlavə edib bir neçə dəqiqə də bişirin. Duz, qara istiot, zirə, darçın qatın. Qovrulmuş fıstıqla badamı əlavə edin. Dərin, iri kasaya  qovrulmuş qiyməni qoyun, qaşıqla basıb kip durmasına çalışın. Üzərinə düyünü doldurun, onu da qaşıqla azca basın. Buludu kasanın ağzına tutub kasanı tərs çevirin. Üzərinə şüyüd səpin. 

Süfrəyə isti-isti verin.

Nuş olsun! 

Bayramınız mubarək! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.