Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demansda həyat tərzi, spirtli içki istifadəsi, depressiya, havanın çirklənməsi kimi səbəblərlə yanaşı, xəstəliyə yoluxma riskini artıran daha bir amil aşkarlanıb.
Milli.Az hit.az-a istinadən xəbər verir ki, ABŞ-da aparılan tədqiqata görə, yaşayış bölgəsinin demans riskini artırdığı müəyyən edilib.
ABŞ-da aparılan bir tədqiqatda, demansın (ağıl pozğunluğu) riskinin yaşayış coğrafi bölgəsindən asılı olaraq dəyişə biləcəyi müəyyən edilib. "JAMA Neurology" jurnalında dərc olunan araşdırmada alimlər, Veteranlar Səhiyyə İdarəsinin (VHA) sistemində qeydiyyatlı ABŞ-dakı 1 milyon 268 min 599 yaşlı şəxsin məlumatlarını araşdırıb.
Tədqiqatda yaş, irq, ürək sağlamlığı və kənd/şəhər yaşayışı fərqi kimi amillər nəzərə alınarkən, demansda regional fərqlərin də təsirli olduğu aşkarlanıb. ABŞ Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzlərinin (CDC) ölkəni 10 regiona ayıran təsnifatına əsasən aparılan araşdırmada, Pensilvaniya, Merilend və ətrafı kimi orta Atlantik regionu ən aşağı demans səviyyəsinə malik olarkən, cənub-şərq regionu isə bu xəstəliyin ən çox rast gəlinən yeri kimi önə çıxıb. Buna görə araşdırmada, ABŞ-nin cənub-şərqində demansın yayılma faizi 25, şimal-qərbində 23, cənub regionlarında 18, cənub-qərbində 13, şimal-şərqində isə 7 olaraq müəyyən edilib.
Demans, yaddaş itkisi, düşüncə qabiliyyətinin azalması və problem həll etmə bacarıqlarının pozulması kimi əlamətlərlə gündəlik həyatı ciddi şəkildə təsir edən idraki pozuntu kimi təyin olunur. Ən geniş yayılmış demans səbəbi isə Alzgeymer xəstəliyi olaraq önə çıxır.
Yaş, genetik meyillik və Daun sindromu kimi dəyişdirilə bilməyən amillərlə yanaşı, həyat tərzi, spirtli içki istifadəsi, kardiyovaskulyar xəstəliklər, eşitmə-görmə qüsuru, depressiya, havanın çirklənməsi və yuxu pozuntuları kimi dəyişdirilə bilən risk amilləri də demansın inkişafında təsirli ola bilər.
Dünya Səhiyyə Təşkilatına (DSÖ) görə, hazırda dünya üzrə 55 milyondan çox insan demans xəstəliyi ilə mübarizə aparır, hər il təxminən 10 milyon yeni demans halı qeydə alınır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
“Fənərbağça”dan ayrılan baş məşqçi qəza törətdi
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır





