"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Tehranı ittiham edən qətnaməni qəbul etməsinə baxmayaraq, İran uranın zənginləşdirilməsindən imtina etməyəcək".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, İran nəzərdə tutulmuş yoldan əl çəkməyəcək:
"Obyektlərimiz bombalansa belə, biliklərimiz qalacaq. Onların məhv etdikləri hər şeyi bərpa edəcəyik".
Milli.Az