22:34
"Xocahəsən" və "Sulutəpə" əhali orta təzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə 13.06.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Yasamal rayonu üzrə isə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, A.M.Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
-----------
21:58
Şərur rayonunun bəzi kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq.
Milli.Az-ın yerli bürosu xəbər verir ki, 76-lıq siyirtmənin yenisi ilə əvəz olunması ilə əlaqədar qaz təchizatı Şərur rayon Maxta, Axaməd, Kərimbəyli və Qarabürc kəndlərində iyunun 13-dən saat 10:00-dan müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
---------
19:24
İmişli rayonun bir hissəsində qazın verilişində fasilələr yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Otuzikilər" ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik "Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi" və diametri PE 225 mm-lik "Aranlı kənd" orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar, 13.06.2025-ci il saat 09:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumi 10591 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Milli.Az