Texnologiya

ChatGPT-nin qaranlıq tərəfi - məsləhətləri "ev yıxır"

30 İyul 2025 18:26
Baxış: 988
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

OpenAI-nin məşhur süni intellekt chatbotu ChatGPT autizm spektri pozğunluğu olan bir yeniyetməni manik epizodlara sürükləyib, ərin xəyanətinə haqq qazandırıb və psixi sağlamlıq üçün dərman qəbul edən qadını tərifləyib.

Milli.Az xəbər verir ki, mütəxəssislər süni intellektin idarə olunmayan "məsləhətlərinin" ciddi psixoloji risklər daşıdığı barədə xəbərdarlıq edirlər.

OpenAI tərəfindən hazırlanmış və dünyada milyonlarla insan tərəfindən məlumat, əyləncə və emosional dəstək üçün istifadə edilən ChatGPT-nin adı son vaxtlar mübahisəli hadisələrdə çəkilir.

Viskonsin ştatında autizm spektrində olan 30 yaşlı Jakob Irvin ChatGPT ilə söhbətlərində manik epizodlar yaşadıqdan sonra "zamanı dəyişmək" qabiliyyətinə malik olduğuna inanıb.

"Wall Street Journal"a görə, bu hadisə, süni intellektin reallıqdan ayrılması və istifadəçiləri təhlükəli şəkildə həvəsləndirən yeganə nümunə deyil.

ChatGPT-nin ərinin xəyanətini təsdiqləməsi və psixi sağlamlıq dərmanını buraxan qadını tərifləməsi mütəxəssislərin hərəkətinə səbəb olub.

Süni intellektin daimi təsdiqi həyəcan təbili çalır və bu, istifadəçiləri narsissizmə və reallıqdan qopmağa sövq edə bilər. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.